Azərbaycandan xarici ölkələrə alma, armud və heyva ixracında nəzərəçarpacaq artım müşahidə olunur
Bu ilin ilk üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizdən xarici bazarlara alma, armud və heyva ixracında növbəti dəfə artım qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, yanvar-mart ayları ərzində ölkəmizdən 31,6 min ton alma, armud və heyva ixrac edilib. Qeyd olunan ixrac məhsullarının ümumi dəyəri 21,5 milyon ABŞ dollar olub.
Bu dövrdə ölkəmizdən alma, armud və heyva ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm olaraq 20,5 faiz, dəyər olaraq isə 22,5 faiz artıq olub.
Azərbaycandan xarici ölkələrə alma,...
“AzerGold”da Ümumdünya Əməyin Mühafizəsi...
Dövriyyədə olan ödəniş kartlarının sayı...
Enerji Məsələlərini Tənzimləmə Agentliyi...
Sitrus meyvələrinin ixracında 51,5 faiz...