Rəcəb Tayyib Ərdoğan: “Bizim vəzifəmiz fəlakət qapımızı döyməmiş şəhərimizi zəlzələyə ən qısa zamanda hazırlamaqdır”
Türkiyə Prezidenti bu gün Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edərkən bu fikirləri söyləyib. Ərdoğan toplantıda təhlükəsizlikdən xarici siyasətə, iş həyatından təbii fəlakətlər, xüsusilə zəlzələlərlə bağlı işlərə qədər bir çox mövzunu müzakirə etdiklərini söyləyib.
“Sevgi ilə çalışan yorulmaz” devizi ilə iki həftəni xidmət, iş və açılışlarla dolu keçirdiklərini ifadə edən Ərdoğan xüsusilə aprelin 23-də İstanbulda baş verən və ətraf vilayətlərdə hiss edilən 6,2 bal gücündə zəlzələnin hər kəsi dərindən təsirləndiyini və narahat etdiyini bildirib.
Ərdoğan başda İstanbullular olmaqla zəlzələdən sarsılan hər kəsə şəfalar diləyərək, "Allaha şükürlər olsun ki, zəlzələ nəticəsində nə can itkisi, nə də bir vətəndaşımız xəsarət aldı. 173-ü İstanbulda olan 236 qardaşımız bu zəlzələdə yüksəklikdən tullanaraq yüngül xəsarətlər alıb.” Yerin təxminən 7 kilometr dərinliyində baş verən zəlzələnin 13 saniyə davam etdiyini və ardından ən böyüyü 5,9 bal gücündə cəmi 487 artçı təkan olduğunu xatırladan Ərdoğan "Dünən Elazığda da 4,9 ballıq zəlzələ ilə sarsıldıq. Elazığdakı qardaşlarımıza da şəfalar diləyirəm. Burada Samsunun Canik rayonunda baş verən torpaq sürüşməsində həyatını itirən iki övladımıza və atalarına Allahdan rəhmət diləyirəm”-deyə bildirib.
Prezident Ərdoğan zəlzələ xəbərini alan kimi əlaqədar nazirləri İstanbula göndərdiyini və Türkiyə Fəlakətlərə Müdaxilə Planını tez bir zamanda işə saldıqlarını qeyd edərək bunları əlavə edib: "AFAD-dan 148 maşın və 650 heyətlə yanaşı, digər bölmələrimizdən də 373 maşın və 3138 axtarış-xilasetmə personalı səfərbər edilib. Ümumilikdə 11481 axtarış-xilasetmə personalı və 903 texnika hazır vəziyyətə gətirilib. Ölkəmiz üzrə 27 regional anbar və 54 cib anbarını ehtiyaclarımız üçün hazır saxlamışıq.”
Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin zəlzələdən sonra vətəndaşlardan gələn hesabatlar əsasında zərərin qiymətləndirilməsi işlərinə sürətlə başladığını ifadə edən Ərdoğan deyib ki, 22 min 126 binada, 243 min 301 müstəqil hissədə zərərin qiymətləndirilməsi işləri aparılıb.
“Müxalifətin illərdir ciddi pullar xərcləyərək reklam etdiyi layihələrin vətəndaşların ən çox ehtiyac duyduğu gündə necə iflasa uğradığını hamımız gördük”-deyən Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən zəlzələlərdən sonra evlərinə girməyə tərəddüd edən vətəndaşlara millət bağlarında xidmət göstərildiyini, 200 mindən çox vətəndaşın məktəb, məscid, idman qurğuları, yataqxana və qonaq evləri kimi ərazilərdə sığınacaqla təmin olunduğunu da xatırladıb.
Azərbaycan komandaları Lefkoşada...
İspaniyada enerji böhranına görə...
Oğurlanan Mark Avreli heykəli 65 ildən...
Sakit Okeanda tapılan sirli 15 metrlik...
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş...