Azərbaycan komandaları Lefkoşada keçirilən TECHNOFEST-2025 Festivalının finalında iştirak edəcək
Mayın 1-dən 4-dək Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşadakı “Ercan” Beynəlxalq Hava Limanında keçiriləcək Aviasiya, Kosmonavtika və Texnologiya Festivalında (TECHNOFEST-2025) Azərbaycan da daxil olmaqla 22 ölkənin komandaları iştirak edəcək.
Fhnews.az xəbər verir ki, populyar festivalın təşkilatçıları 47 mindən çox müraciətin təsdiqləndiyini elan ediblər. Eyni zamanda 6 ölkədən (Azərbaycan, Əfqanıstan, Türkiyə, İndoneziya, ŞKTC və Pakistan) 268 komanda və 1083 fərdi iştirakçı altı əsas kateqoriya üzrə yarışın final mərhələsinə keçib.
T3 Fondunun İdarə Heyətinin sədri Elvan Kuzucu Hıdır TECHNOFEST festivalının Türkiyənin dost və qardaş ölkələrlə əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəni vurğulayıb.
O xatırladıb ki, 2022-ci ildə TECHNOFEST ilk dəfə Türkiyədən kənarda - qardaş Azərbaycanda keçirilib.
“Sevindirici haldır ki, Azərbaycandan sonra biz festivalı ŞKTC-də təşkil edirik. Bütün bunlar gənclərin elm və texnologiya sahəsində beynəlxalq əlaqələrinin formalaşması üçün mühüm strategiyanın tərkib hissəsidir”, - deyə o, dost dövlətlərlə, xüsusən də Türk dünyası ilə əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunub.
Azərbaycan komandaları Lefkoşada...
İspaniyada enerji böhranına görə...
Oğurlanan Mark Avreli heykəli 65 ildən...
Sakit Okeanda tapılan sirli 15 metrlik...
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş...