29 aprel 2025, çərşənbə axşamı Bakı, 9°C
IMG-LOGO

İspaniyada enerji böhranına görə AES-lərin fəaliyyəti dayandırılıb

29-04-2025
IMG

İspaniyada elektrik enerjisi verilişinin kəsilməsindən sonra hökumət böhran iclası çağırıb. Ölkə elektrik olmadığından iflic vəziyyətinə düşüb.

Fhnews.az xəbər verir ki, kütləvi elektrik enerjisi kəsilməsi Pireney yarımadasını iflic vəziyyətinə salıb. İspaniya milli operatorunun məlumatına görə ölkədəki 25 180 meqavat istehlak birdən-birə iki dəfə azalaraq 12 245 meqavata düşüb. Dörd saat davam edən elektrik kəsilməsindən sonra İberiya yarımadasının şimal, cənub və qərbində bir sıra ərazilərdə enerjinin tədricən qismən bərpa olunduğu bildirilir.

Elektrik şəbəkəsi üzrə əməliyyat xidmətlərinin direktoru Eduardo Prieto mətbuat konfransında bildirib ki, ölkə üzrə elektrik enerjisinin tam bərpası "hər şey yaxşı olarsa, 6-10 saat arasında vaxt aparacaq". Qurum rəsmisi elektrik kəsilməsinin səbəbi ilə bağlı “spekulyativ fikirlər söyləməməyi” xahiş edib.

İspaniya hökuməti əvvəlcə İspaniya milli elektrik operatorunun (REE) mənzil-qərargahında iclas keçirib, sonra Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılıb.

İspaniyanın Nüvə Təhlükəsizliyi Şurasının məlumatına görə, atom elektrik stansiyalarında (Almarraz II, Asco I və II və Vandellos II) reaktorlar avtomatik olaraq dayandırılıb və dizel generatorları işə salınıb.

Elektrik kəsilməsinin səbəbi hələ də məlum deyil. Madrid, Barselona, Sevilya və Valensiya metropolitenləri də daxil olmaqla, bir çox şəhərdə ictimai nəqliyyat iflic olub. Svetoforların işinin pozulması xaosa səbəb olub. Hava limanlarında ləngimələr qeydə alınıb.

Paylaş: