ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi dənizə düşüb
ABŞ-na məxsus FA-18E döyüş təyyarəsinin təyyarədaşıyan gəminin anqar hissəsinə çəkilərkən idarəetmədən çıxaraq dənizə düşdüyü açıqlanıb.
Açıqlamada təyyarəni anqara aparmaq istəyən evakuatorun da dənizə düşdüyü, yedəkləmə əməliyyatını yerinə yetirən personalın xoşbəxtlikdən təyyarə dənizə düşməzdən əvvəl qəza yerindən sağ-salamat uzaqlaşdığı bildirilib.
Bildirilir ki, təyyarənin bağlı olduğu “Harry S. Truman Carrier Strike Group” və gəmidə yerləşdirilmiş hava qanadı tam missiya qabiliyyətini qoruyur.
Hərbi Dəniz Qüvvələrindən verilən məlumata görə, qəza zamanı “Harry S. Truman” təyyarədaşıyan gəmisi Qırmızı dənizdə üzürmüş.
Azərbaycan komandaları Lefkoşada...
İspaniyada enerji böhranına görə...
Oğurlanan Mark Avreli heykəli 65 ildən...
Sakit Okeanda tapılan sirli 15 metrlik...
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş...