İspaniya və Portuqaliya qaranlığa qərq olub
Elektrik enerjisinin kəsilməsi İspaniya və Portuqaliyanın əksər hissəsində xaosa səbəb olub. Paytaxt Madriddən çəkilən görüntülərdə metro stansiyalarının boşaldıldığı görünüb. Hər iki ölkədə eyni vaxtda kəsintilər kiberhücum ehtimalını gündəmə gətirib. Metrolar evakuasiya olunarkən işıqforlar işləmədiyi üçün yollarda xaos yaranıb. Xəstəxanalar əməliyyatları təxirə salıb.
Madrid Open tennis turniri dayandırılıb, kəsilmə zamanı tablolar və kameralar söndürülüb.“El Mundo” qəzetinin yazdığına görə, kart ödənişlərində problemlər yaranmağa başlayıb. Fransanın Andorra və İspaniya ilə həmsərhəd bölgələrindəki vətəndaşlar da elektrik kəsilməsindən təsirləndiklərini bildiriblər. Ən son məlumatlara görə, Belçikaya qədər əlavə fasilələr qeydə alınıb.
"El Pais" qəzeti xəbər verir ki, İspaniya hökuməti elektrik enerjisinin kəsilməsi ilə əlaqədar ana şirkət “Red Electrica”nın ofislərində fövqəladə iclas keçirib. Hökumət elektrik kəsilmələrinin səbəbini müəyyən etməyə çalışır. “Publico” qəzetinə görə, Lissabonun metro nəqliyyatı operatoru Metropolitano de Lisboa, insanların dayanmış qatarların içərisində sıxışdığını söyləyib.
Lissabon hava limanı ehtiyat generatorlarla işləyib, İspaniyada 46 hava limanını idarə edən AENA isə ölkə daxilində uçuşların ləngidiyini bildirib.
Fransada şəbəkə operatoru RTE qısa fasilə olduğunu, lakin elektrik enerjisinin bərpa olunduğunu bildirib. Qəzanın səbəbi araşdırılır.
Azərbaycan komandaları Lefkoşada...
İspaniyada enerji böhranına görə...
Oğurlanan Mark Avreli heykəli 65 ildən...
Sakit Okeanda tapılan sirli 15 metrlik...
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş...