Bir sıra şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gədəbəy, Bakı-Lənkəran, Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Cəlilabad, Bakı-Qəbələ, Bakı-Sabirabad, Bakı-Ağdaş, Bakı-Siyəzən, Sumqayıt-Kürdəmir, Gəncə-Zaqatala, Bərdə-İsmayıllı, Şəki-Oğuz, Mingəçevir-Ağcabədi, Mingəçevir-Şəki, Mingəçevir-Göyçay, Qazax-Şəki, Balakən-Zaqatala şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 29 may saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən
Bakı-Gədəbəy, Bakı-Lənkəran, Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Cəlilabad istiqamətlərində 6 Lot üzrə iyunun 13-də;
Bakı-Qəbələ, Bakı-Sabirabad, Bakı-Ağdaş, Bakı-Siyəzən, Sumqayıt-Kürdəmir və Gəncə-Zaqatala istiqamətlərində 6 Lot üzrə iyunun 17-də;
Bərdə-İsmayıllı, Şəki-Oğuz, Mingəçevir-Ağcabədi, Mingəçevir-Şəki və Mingəçevir-Göyçay istiqamətlərində 5 Lot üzrə iyunun 20-də;
Qazax-Şəki və Balakən-Zaqatala istiqamətlərində 5 Lot üzrə iyunun 24-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Azərbaycan-Böyük Britaniya...
Beş müntəzəm marşrut xəttinə daha yeni...
Bir sıra şəhərlərarası müntəzəm avtobus...
“Bakı Metropoliteni” və “Metro İstanbul”...
Nəvaidən Biləsauvar və Neftçala GES-ə...