1 may 2025, cümə axşamı Bakı, 12°C
IMG-LOGO

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlanılıb

30-04-2025
IMG

“Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu Layihəsi” çərçivəsində Qırğızıstanda marşrutun ən kritik nöqtələrindən olan üç tunelin tikintisinə başlanılıb. Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu Layihəsinin təməlqoyma mərasimində çıxış edən Qırğızıstan baş nazirinin müavini Bakit Torobayev layihənin ölkə üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıdığını bildirib. Torobayev dəmir yolunun tikintisi zamanı 20 mindən çox insanın işlə təmin olunacağını və layihənin minlərlə iş yerinin yaradılmasına şərait yaradacağını vurğulayıb.

Dəmir yolu xətti Çinin Sincan-Uyğur Muxtar Vilayətinin Kaşqar şəhərindən başlayacaq, Qırğızıstanın Cəlalabad şəhərindən keçəcək, daha sonra Özbəkistanın Əndican şəhərinə çatacaq. Maksimum sürəti 120 kilometr təşkil edən xətt üzrə ümumilikdə 20 stansiyanın yaradılması planlaşdırılır.

Paylaş: