Qubada qəzalı vəziyyətə düşən körpünün bərpasına başlanılıb
Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarət körpünün dayaqları sel suları nəticəsində yuyulmuşdu.
Dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.
Bakının yağışlı yollarında tıxac...
Böyük Qayıdış: Ağdam rayonunun Sarıcalı...
Naxçıvanda küləkli hava şəraiti ilə...
“Zəfərin 5-ci ili: böyük qayıdışın...
Azərbaycan ilə Cibutinin əlilliyi olan...