Oftalmoloji xeyriyyə aksiyasında 65 jurnalist müayinə olunub
“Modern” media qrupu ilə Azərbaycan Tibb Universitetinin (ATU) ortaq sosial layihəsi çərçivəsində jurnalistlər üçün ödənişsiz göz əməliyyatı təşkil edilib.
Universitetin mətbuat xidmətindən bildirilib ki, xeyriyyə aksiyası Azərbaycan oftalmologiyasının görkəmli nümayəndəsi, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə keçirilib.
Aksiya zamanı 65 jurnalist müayinə olunub. Onların 10-a yaxını üzərində ATU-nun Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov və dosent Hafiz Qəhrəmanov müxtəlif göz əməliyyatları yerinə yetiriblər. Sosial layihə çərçivəsində media nümayəndələri üçün aksiyanın ikinci hissəsi mayın 10-da keçiriləcək.
Xatırladaq ki, tanınmış oftalmoloq Qurban İsmayılov mütəmadi olaraq ödənişsiz aksiyalar həyata keçirir. Aksiyalarda şəhidlərin ailə üzvləri, qazilər və müharibə veteranları xüsusi yer tutur.
Bakının yağışlı yollarında tıxac...
Böyük Qayıdış: Ağdam rayonunun Sarıcalı...
Naxçıvanda küləkli hava şəraiti ilə...
“Zəfərin 5-ci ili: böyük qayıdışın...
Azərbaycan ilə Cibutinin əlilliyi olan...