Güləş üzrə Respublika turnirinə yekun vurulub
Masallı Olimpiya İdman Kompleksində güləş üzrə Respublika turniri keçirilib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə baş tutan yarışda ölkənin müxtəlif şəhər və rayonlarından olan yeniyetmə sərbəst güləşçilər iştirak ediblər.
U-15 yaş qrupu üzrə təşkil edilən turnirdə İsa Nurullayev (32 kiloqram, Masallı), Fərid Qasımov (35 kiloqram, Gimnaziya), Sadiq İsmayılov (38 kiloqram, AHİTA), Ramal Hacıyev (41 kiloqram, Gəncə), Əli Baloğlanov (44 kiloqram, Masallı), Zirəddin Rzayev (48 kiloqram, Lənkəran), Mircəlal Hüseynov (52 kiloqram, Gəncə), Ruhid İspərov (57 kiloqram, AHİTA), Siyasət Dadaşzadə (62 kiloqram, Lənkəran), İslam Rəcəbli (68 kiloqram, AHİTA) və Ayxan Tağılı (75 kiloqram, Şağan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, 200-dən artıq güləşçinin qatıldığı yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə ediblər.
Avarçəkmə üzrə “Prezident Kuboku-2025”...
Avarçəkmə üzrə “Prezident Kuboku-2025”in...
Savat üzrə Azərbaycan millisi...
Mingəçevirdə “Prezident Kuboku-2025”...
Bakı Marafonunda rekord sayda iştirakçı:...