30 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini aşkarlaya biliblər

29-04-2025
IMG

Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini ilkin mərhələdə aşkarlaya biliblər.

Fhnews.az xəbər verir ki, xərçəngin müəyyənləşdirilməsi üçün xəstədən iki dəqiqəlik mətndən ibarət səs yazısı alınır və süni intellekt əsaslı xüsusi tətbiqə yüklənir.

Alimlər tətbiqin nəticələrinin 90 faiz doğru olduğunu iddia edirlər.

Hazırda təhlil mərhələsində olan tətbiq yüngül və ağır patoloji xəstələr üzərində araşdırılır. Bu mərhələdə orqanizmində xərçəng hüceyrələri olan xəstələrin 90 faizini müəyyən etmək mümkün olub.

Mütəxəssislər tətbiqi geniş istifadəyə verərək, əlamət göstərmədən orqanizmdə böyüyən xərçəngin bu növünü qeyd edilən üsulla ilkin mərhələdə aşkarlamağı hədəfləyirlər.

Paylaş: