30 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Londonda yanğın: 80 nəfər təxliyə edilib

29-04-2025
IMG

İngiltərənin paytaxtı Londonda elektrik transformatorunda yanğın baş verib. Yanğının yayıldığı binadan 80 nəfərin təxliyə edildiyi bildirilib. 100-dən çox yanğınsöndürən yanğına müdaxilə edib.

Yanğınsöndürmə idarəsindən verilən açıqlamaya görə, yerli vaxtla saat 05:30 radələrində Maida Vale bölgəsindəki transformatorda yanğın baş verib.Yanğınsöndürmə briqadaları şəhərin bir çox yerində görünən tüstüyə müdaxilə edərək transformatorun yanındakı binanın dam örtüyü də yandığı üçün sakinləri təxliyyə ediblər.

London yanğınsöndürmə briqadası sakinlərə pəncərə və qapıları bağlamağı tövsiyə edib və insanları ərazidən uzaq durmağa çağırıb.Davam edən yanğının səbəbi hələ müəyyən edilməyib.

Xatırladaq ki, keçən ay Hitrou hava limanını enerji ilə təmin edən transformatorda yanğın baş vermiş və uçuşlar 24 saata yaxın dayandırılmışdı.

Paylaş: