30 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İstanbulda zəlzələdən sonra zərər görən binaların sayı açıqlanıb

29-04-2025
IMG

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İstanbulda baş verən zəlzələdən sonra aparılan araşdırmalarda 2928 binanın cüzi ziyan gördüyünü açıqlayıb. Nazir 23 apreldə İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini bildirərək, ümumilikdə 25 min 17 binanın araşdırıldığını, 22 min 89 binanın zədəsiz olduğunu, 2 min 928 binanın isə cüzi ziyan gördüyünü bildirib.

Paylaş: