“Amazon”un internet peyklərinin ilk qrupu orbitə çıxarılıb
ABŞ-ın “Atlas V” raketi “Amazon” şirkətinin internet peyklərinin ilk qrupunu orbitə çıxarıb.
Fhnew.az xəbər verir ki, daşıyıcı raket ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:01-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnunda yerləşən bazasından start götürüb.
“Kuiper” layihəsi çərçivəsində 27 peykdən ibarət partiya təxminən 18 dəqiqə sonra raketin ikinci pilləsindən ayrılaraq təyin edilən orbitə daxil olub. Şirkətin iki sınaq peyki – “KuiperSat-1” və “KuiperSat-2” hələ 2023-cü ildə orbitə çıxarılmışdı.
“Amazon” şirkətinin qlobal internet qruplaşması 2027-2028-ci illərdə 3236 peykdən ibarət olacaq. “Kuiper” layihəsi artıq orbitdə 7200-dən çox internet peyki olan “SpaceX” kompaniyasının “Starlink” layihəsinin birbaşa rəqibidir.
“Amazon”un məlumatına görə, layihənin ümumi dəyəri 10 milyard dollardan çoxdur.
Hindistanda hoteldə baş verən yanğında...
İybilmə pozğunluğu və idrak zəifliyi...
Çexiyada hepatit A epidemiyası sürətlə...
Sənaye tullantıları onilliklər ərzində...
Sovetlər dönəmində kosmosa göndərilən...