Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Çinin “Şencou-19” missiyasının astronavtlarının aprelin 29-na nəzərədə tutulan Yerə qayıdışı hava şəraiti səbəbindən təxirə salınıb.
Fhnews.az xəbər verir ki, bu barədə Çin Kosmos Agentliyi açıqlama yayıb.
Agentlik Daxili Monqolustan Muxtar Rayonundakı Donfen eniş zonasında havanın eniş üçün əlverişli olmadığını bəyan edib. Astronavtların növbəti günlərin birində Yerə qayıdışı nəzərdə tutulur.
Qeyd edək ki, “Şencou-19” (“Shenzhou-19”) kosmik missiyasına ötən il oktyabrın 10-da start veri verilib. Astronavtlar Çay Sucı (heyətin kapitanı), Son Lindon və xanım Van Haocı 6 ay müddətinə Çinin “Tienqon” kosmik stansiyasına ezam olunublar. Onları əvəzləmək üçün aprelin 24-də kosmosa “Şencou-20” missiyasının 3 astronavtı - Çen Don, Çen Conruy və Van Cie göndərilib. “Şencou-19”un astronavtları gəmini həmkarlarına təhvil verib, enişi gözləyirlər.
Tbilisidə bazarda güclü yanğın baş verib...
Misirdə qum qasırğası ilə bağlı qırmızı...
Hindistanda hoteldə baş verən yanğında...
İybilmə pozğunluğu və idrak zəifliyi...
Çexiyada hepatit A epidemiyası sürətlə...