30 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Bəndər Abbas limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 70-ə çatıb

29-04-2025
IMG

İran dövlət televiziyasının məlumatına görə, Böhran İdarəetmə Mərkəzinin sözçüsü Hüseyn Zefari Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərinin Şəhid Rəcai Limanında həyatını itirənlərin sayının 70-ə yüksəldiyini açıqlayıb.Zefari partlayışdan sonra yaralanan və xəstəxanaya qaldırılan 1072 nəfərin evə buraxıldığını, 120 nəfərin isə müalicəsinin davam etdiyini bildirib. İran rəsmiləri partlayışın təxribat olduğuna dair hələlik heç bir sübut əldə etmədiklərini bildiriblər. Daxili işlər naziri İsgəndər Mumini bildirib ki, partlayış səhlənkarlıq nəticəsində baş verib.

Partlayışdan sonra başlayan yanğın iki günlük çalışmalardan sonra dünən söndürülüb.

Paylaş: