30 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb

29-04-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, yoxlama zamanı şadlıq sarayında texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəx sahəsində havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların korroziyaya davamlı və paslanmayan materialdan təşkil edilmədiyi, yemək hazırlanan qazanların sanitar-gigiyenik vəziyyətinin tələblərə cavab vermədiyi, mətbəxdə döşəmənin və qida məhsullarının saxlandığı soyuducu kamerada tavanın asan yuyulabilən gigiyenik materialla üzlənmədiyi, emal sahəsində drenaj sisteminin mövcud olmadığı, qida tullantılarının ağzı kip bağlanan qablara toplanılmadığı, mütəmadi olaraq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, ictimai iaşə obyektinin mətbəxində işlərin görülməsi və xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Paylaş: