Robotlar cərrahları keçəcək
Beyin çipləri istehsal edən “Neuralink” şirkətinin sahibi İlon Mask 5 il ərzində robotların insan cərrahlarını əvəzləyəcəyini deyib. Texnologiya milyarderinin sözlərinə görə, süni intellektin rəhbərlik edə biləcəyi növbəti peşə səhiyyədir. Mask hesab edir ki, robotlar yaxın beş il ərzində ən yaxşı insan cərrahlarına nəinki kömək edəcək, həm də onları üstələyəcək. Bu yaxınlarda 137 uroloji əməliyyatı uğurla həyata keçirən “Medtronic”in Hugo robotik yardımlı cərrahiyyə sistemi 98,5 faiz müvəffəqiyyət nisbətinə malikdir. Şirkət deyir ki, bu, gözlədikləri 85 faizdən çox daha yaxşı nəticədir. Mask ilə yanaşı, Bill Qeyts də bu yaxınlarda süni intellektin səhiyyə sahəsində kritik olacağı ilə bağlı proqnozlarını bölüşüb.
Hindistanda hoteldə baş verən yanğında...
İybilmə pozğunluğu və idrak zəifliyi...
Çexiyada hepatit A epidemiyası sürətlə...
Sənaye tullantıları onilliklər ərzində...
Sovetlər dönəmində kosmosa göndərilən...