Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb
Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb.
Fhnews.az xəbər verir ki, bu barədə “Novinky” xəbər portalı Dövlət Səhiyyə İnstitutuna istinadən məlumat yayıb.
Xəstəlik əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə daha sürətlə yayılır. Yanvardan aprelin 28-dək respublikada 424 xəstəlik halı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə on dəfə çoxdur. Hepatit A altı vətəndaşın ölümünə səbəb olub.
Eyni zamanda, tibbi mütəxəssislərə görə, xəstəlik əsasən pis sanitariya şəraitində yaşayan və gigiyena tələblərinə məhəl qoymayan vətəndaşları əhatə edir.
2024-cü ildə ölkədə hepatit A ilə 636 yoluxma halı qeydə alınıb. Xəstəliyi xüsusilə yaşlı vətəndaşlar və zəif immuniteti olan insanlar ağır keçirir. Həkimlər aşılanmağı və şəxsi gigiyena qaydalarına ciddi riayət etməyi təkidlə tövsiyə edirlər.
Virus yayılarkən dayanıqlıdır. Xəstəliyin inkubasiya dövrü 50 günədək davam edir. Xəstəlik çox vaxt simptomsuz keçir və yalnız analiz nəticələrinə görə aşkar edilə bilər.
Hindistanda hoteldə baş verən yanğında...
İybilmə pozğunluğu və idrak zəifliyi...
Çexiyada hepatit A epidemiyası sürətlə...
Sənaye tullantıları onilliklər ərzində...
Sovetlər dönəmində kosmosa göndərilən...