30 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər elektron qaydada aparılır

29-04-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər artıq tam elektron qaydada aparılır. İşsiz kimi qeydiyyata alınan şəxsin məlumatları nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə yoxlanılaraq, sığorta ödənişinin təyin olunması, yaxud ondan imtina edilməsi barədə qərar elektron qaydada verilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sığorta ödənişinin məbləği də e-sistem tərəfindən avtomatik müəyyən edilir və aylıq əsasda ödəniş həyata keçirilir.

Yeniliyə əsasən, təyin olunan sığorta ödənişinin dayandırılmasına və ya məbləğin dəyişdirilməsinə səbəb olan hallar da e-sistem tərəfindən aşkarlanır.

Beləliklə, işsizlikdən sığorta ödənişinin təyin olunması və ya ondan imtina edilməsi, məbləğin yenidən hesablanması, ödənişin dayandırılması və həyata keçirilməsi ilə bağlı bütün proseslər real vaxt rejimində e-qaydada aparılır. Bu da prosesin daha şəffaf və səmərəli həyata keçirilməsinə, xidmətin çevikliyinə, vətəndaş məmnunluğunun artırılmasına şərait yaradır.

Paylaş: