30 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb

29-04-2025
IMG

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Aprelin 29-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.

Fhnews.az xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 15 ailə - 68 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Paylaş: