30 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Hindistanda hoteldə baş verən yanğında 14 nəfər ölüb

30-04-2025
IMG

Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttə şəhərində hoteldə baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Fhnews.az Hindistan mediasına istinadla xəbər verir ki, hadisə aprelin 29-da axşam saatlarına baş verib. Ölənlər arasında xilas olmaq üçün yuxarı mərtəbələrdən tullananlar da var. Yanğınsöndürənlər bir neçə nəfəri, o cümlədən terrasa sığınanları xilas edə biliblər. Hadisə yerində 14 meyit aşkarlanıb, axtarış işləri davam edir.

İlkin ehtimala görə yanğın mətbəxdə qaz sızmasından meydana gəlib.

Qeyd edək ki, Hindistanda tikililərdə yanğın və digər texnogen fəlakətlər tez-tez baş verir. Mütəxəssislər bunun əsas səbəbini təhlükəsizlik qaydalarına əməl edilməməsində görürlər.

Paylaş: