30 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanda diri çəkidə ət istehsalı artıb

30-04-2025
IMG

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda diri çəkidə ət istehsalı artıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ötən ilin müvafiq dövründə ölkəmizdə 139.2 min ton diri çəkidə ət istehsal olunub. Cari ilin ilk üç ayında isə bu rəqəm 141.6 min tona çatıb. Bununla da yanvar-mart aylarında Azərbaycanda diri çəkidə ət istehsalında 1,7 faiz artım qeydə alınıb.

Qeyd edək ki, yanvar-mart aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1601.6 milyon manat təşkil edib. Bunun da 94.3 faizi (1.510.1 milyon manat) heyvandarlıq sahəsinin payına düşür.

Paylaş: