30 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Avropanın kokain limanı…

30-04-2025
IMG

Avropanın üçüncü ən böyük limanı olan Almaniyanın Hamburq limanı son illərdə kokain qaçaqmalçılığı və korrupsiya qalmaqallarına görə xəbərlərdə gündəm olub. 2021-ci ildə limanda ələ keçirilən 16 ton kokain o dövrdə Avropada həyata keçirilən ən böyük narkotik əməliyyatı kimi qeydə alınıb.

Ancaq bu əməliyyatdan sonra ortaya çıxan hadisələr təkcə narkotik alverini deyil, həm də dövlət daxilindəki korrupsiyanı üzə çıxarıb.

“The Guardian” xəbər verir ki, əməliyyatın baş prokuroru Yaşar G. kokain alveri ilə məşğul olduğu iddia edilən dəstəyə məlumat sızdırmaqda və ayda 5 min avro müqabilində həbs olunacaq adları əvvəlcədən məlumatlandırmaqda ittiham olunur. Ümumilikdə 65 min avro şəxsi ödəniş aldığı iddia edilən prokuror oktyabrda həbs edilib. Bütün ittihamları rədd edən prokurorun məhkəməsi yaxın həftələrdə başlayacaq.

Hamburqda narkotik ticarəti təkcə kənardan gələn cinayətkar təşkilatlarla məhdudlaşmır. Bu qaçaqmalçılıq fəaliyyətlərində “daxili liman cinayətkarları” adlandırılan liman işçiləri, polis, yük maşını sürücüləri və mühafizəçilər də iştirak edirlər.

Nəhayət, iki liman işçisi 480 kilo kokainin daşınmasına kömək etdikləri və planı pozmaq istəyən işçini hədələdikləri üçün həbs cəzasına məhkum edilib.

Hamburqdakı hadisə yalnız bir nümunədir. Oxşar hallar Almaniyanın müxtəlif şəhərlərində baş verir. Cənub-qərb Baden-Vürtemberq əyalətində bir polis məmuru italyan mafiyası ilə əlaqədə şübhəli bilinərək həbs edilib, Hannover, Frankfurt və Bonn polisləri arasında narkotik dəstələri ilə əlaqə aşkarlanıb.

Paylaş: