FHN-in Aran Regional Mərkəzi nümunəvi dərs keçirib
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin “Mingəçevir Turizm Kolleci” Publik Hüquqi Şəxsdə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisəsində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə FHN-in Aran Regional Mərkəzinin əməkdaşları, “Mingəçevir Turizm Kolleci” Publik Hüquqi Şəxsin rəhbər şəxsləri və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu istiqamətdə görülən işlərdən, fövqəladə hallar sahəsində aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.
Nümunəvi dərsdə FHN-in əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
İnteraktiv formada keçən tədbirdə suallar ətraflı cavablandırılıb.
“Venesiya” şadlıq sarayında baş vermiş...
Ailə və texnologiya: nəsillərarası...
Son iki ili əhatə edən iş elanlarının...
Səmərqənddə keçirilən konfransda...
“Sözdən əmələ keç, sağlam qidalanmanı...