1 may 2025, cümə axşamı Bakı, 12°C
IMG-LOGO

Agentlik: 85 minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

30-04-2025
IMG

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər mayın 1-i saat 11:00-dan etibarən “mektebeqebul.edu.az” saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.

Paylaş: