1 may 2025, cümə axşamı Bakı, 11°C
IMG-LOGO

Sosial Xidmətlər Agentliyi daha 86 məhkumla bağlı qiymətləndirmə aparıb

30-04-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları daha 4 cəzaçəkmə müəssisəsində cəza çəkməkdən azad edilməsinə üç ay qalmış məhkumlarla görüş keçiriblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Penitensiar xidmətin 1, 2, 5 və 6 saylı cəzaçəkmə müəssisələrində keçirilən görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Habelə cəza çəkməkdən azad olan şəxslərin sosial reabilitasiyası və adaptasiyası tədbirləri diqqətə çatdırılıb. Həmin şəxslərin ailələrinə səfərlərin təşkil olunduğu, onlarla aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq müvafiq xidmətlərə cəlb edildikləri bildirilib, məhkumları maraqlandıran suallar cavablandırılıb.

Qeyd olunan müəssisələrdə cəzasının başa çatmasına üç ay qalmış 86 nəfər məhkumla əlaqədar məlumatlar toplanılıb və qiymətləndirmə həyata keçirilib. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.

Paylaş: