30 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Nazir müavini İdris İsayev Macar-Türk Sammitində iştirak edib

30-04-2025
IMG

Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən Mədəniyyət, Ali Təhsil və İnnovasiya üzrə Macar-Türk Sammitində iştirak edib.

Nazirlikdən bildirilib ki, tədbirdə Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko açılış nitqi ilə çıxış edib. Nazir ölkənin ali təhsil sistemi haqqında məlumat verib və macar universitetləri ilə potensial əməkdaşlıq məsələlərinə toxunub.

Sammit çərçivəsində nazir müavini İdris İsayev təhsilə həsr olunmuş "Regional əməkdaşlığın gücü – türk dövlətləri və Macarıstan arasında sıx əməkdaşlıq" adlı paneldə çıxış edib. Çıxışı zamanı nazir müavini Azərbaycan ilə Macarıstan və Türk Dövlətləri Təşkilatı arasında elm və təhsil sahəsində mövcud olan əməkdaşlıq haqqında məlumat verib və gələcək inkişaf perspektivlərinə dair təkliflər səsləndirib.

İdris İsayev, həmçinin Azərbaycan Respublikasının elm sahəsində strateji tərəfdaşlığa böyük önəm verdiyini, türk dövlətləri və Macarıstanla birlikdə bu sahələrdə birgə proqramların, tədqiqat qruplarının və informasiya mübadiləsi sistemlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda “Türk dövlətləri və Macarıstan arasında ali təhsil, innovasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair” bəyannamə imzalanıb.

Paylaş: