FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstəsinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə FHN-in müvafiq yerli qurumları, Gəncə Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Komissiyasının məsul şəxsləri, mülki müdafiə qərargah rəisləri və hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstəsinin şəxsi heyəti cəlb olunub.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Sosial Xidmətlər Agentliyi daha 86...
Sumqayıt və bəzi qəsəbələrə suyun...
FHN-in Aran Regional Mərkəzi nümunəvi...
FHN-in Gəncə Regional Mərkəzi mülki...
Baş prokuror Çində səfərdə olmuş...