FHN-in Cənub Regional Mərkəzində “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzində "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Nazirliyin regionda fəaliyyət göstərən yerli qurumlarının rəhbərlərinin və Mərkəzin kollektivinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, Dahi Rəhbərin adının milli dövlətçilik tariximizə qızıl hərflərlə yazıldığını iftixar hissilə dilə gətiriblər. Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolunu yüksək dəyərləndirən natiqlər Əsas Qanunun qəbulunda Ulu Öndərin müstəsna xidmətlərindən ətraflı bəhs ediblər.
Vurğulanıb ki, dahi Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb. Bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirilir. Xalqımız böyük sevinclə ölkəmizin bütün ərazisində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurunu yaşayır.
Sonra tədbir iştirakçıları Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiya zamanı görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər, fotolar, nəşrlər və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
FHN-in Cənub Regional Mərkəzində...
Naxçıvan Muxtar Respublikasının...
FHN-in İdman-sağlamlıq klubunda ilin...
FHN-in Sumqayıt Regional Mərkəzində...
FHN-in Qarabağ Regional Mərkəzində...