Prezident Kitabxanasında “Welcome to Azerbaijan” kitabının təqdimatı olub
Aprelin 30-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında filologiya elmləri doktoru, professor Məsməxanım Qazıyevanın “Welcome to Azerbaijan” adlı kitabının təqdimatı keçirilib.
Kitabxanadan bildirilib ki, tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova müəlliflə bağlı fikirlərini bölüşərək, onun çoxillik elmi fəaliyyətinin və milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki əvəzsiz xidmətlərinin xüsusi vurğulayıb. O, bu nəşrin xarici auditoriyaya Azərbaycanın zəngin mədəniyyətini, tarixini və müasir inkişafını tanıtmaq baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Sonra Məsməxanım Qazıyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, onun pedaqoji və elmi yaradıcılığının əsas məqamları iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən yazıçı Əzimə Ağalarova, Əməkdar müəllim Şəhla Əsgərova və Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının dosenti Kəmalə Cəfərova professor M.Qazıyevanın bilik, zəhmət və mənəvi dəstəyi ilə onların formalaşmasında böyük rolu olduğunu vurğulayıblar.
Təqdimatda Milli Məclisin deputatları Günay Əfəndiyeva, Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, professorlar Sayalı Sadıqova, Bahar Cəfərova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Vazeh Əsgərov, “Bakinskiy raboçiy” qəzetinin baş redaktorunun müavini Əbülfəz Babazadə, ADMİU-nun prorektoru Nigar Rüstəmova və ADPU-nun elmi işlər üzrə prorektoru, Əməkdar müəllim Asəf Zamanov “Welcome to Azerbaijan” kitabını Azərbaycan gerçəkliyinin dolğun, obyektiv və oxunaqlı təqdimatı kimi qiymətləndirib, bu nəşrin ölkəmizin beynəlxalq informasiya məkanında tanıdılması istiqamətində aparılan işlərə sanballı töhfə olduğunu qeyd ediblər.
Çıxış edənlər həmçinin bildiriblər ki, kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş, ölkəmizin tarixini, coğrafiyasını, siyasi və hüquqi quruluşunu, təhsil və səhiyyə sistemini, dini müxtəlifliyi, incəsənətini, folklorunu və adət-ənənələrini əhatə edən geniş və analitik məlumat bazasıdır.
Sonda professor Məsməxanım Qazıyeva belə dəyərli tədbirin yüksək səviyyədə təşkili və təqdimatın geniş ictimai marağa səbəb olması ilə bağlı məmnunluğunu ifadə edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Prezident Kitabxanasının rəhbərliyinə göstərdikləri dəstəyə və qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib.
ADU-da “Vətən müharibəsi tarixi....
AMEA Naxçıvan bölməsində elmi konfrans...
Agentlik: 85 minə yaxın uşaq avtomatik...
Məktəblilər 42-ci Balkan Riyaziyyat...
Prezident Kitabxanasında “Welcome to...