Türkiyənin turizm gəliri artıb
Bu ilin ilk rübündə Türkiyənin turizm gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 9 milyard 451 milyon 244 min dollara çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika Qurumu (TÜİK) məlumat açıqlayıb.
Məlumata əsasən, bu gəlirin 9 milyard 323 milyon 872 min dolları ölkəni ziyarət edən turistlərin, 127 milyon 373 min dolları isə transfer səyyahlarının payına düşür. Ölkəyə gələn turistlərin 23,6 faizini xaricdə yaşayan Türkiyə vətəndaşları təşkil ediblər.
Statistik göstəricilərə əsasən, turistlərin 52,5 faizi səyahət, əyləncə, idman və mədəni fəaliyyətlər, 26,7 faizi yaxınlarını ziyarət, 10,3 faizi isə alış-veriş məqsədilə Türkiyəyə gəliblər.
Qeyd edilən dövrdə xaricə səfər edən Türkiyə vətəndaşlarının sayında da artım müşahidə edilib. Bu rəqəm illik göstərici üzrə 6 faiz artaraq 2 milyon 596 min 225 nəfərə çatıb. Onların turizm xərcləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 37,6 faiz artaraq 2 milyard 448 milyon 212 min dollar olub.
Təbii zənginliyi ilə dillərə dastan...
Türkiyənin turizm gəliri artıb...
İranın “Şəhid Rəcai” limanında təxribat...
Zəlzələdən sonra İstanbulda üçü tarixi...
Avropanın kokain limanı…...