“Bakı Metropoliteni” və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-də “Metro İstanbul”un nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
QSC-dən bildirilib ki, görüşün əsas məqsədi iki metro qurumu arasında davamlı əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyalar və rəqəmsal həllər sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi olub.
Müzakirələrdə data əsaslı qərarvermə yanaşmaları (data-driven decision making), data analitikası, eləcə də real vaxt məlumatlarının işlənməsi imkanları xüsusilə diqqət mərkəzində olub. Rəqəmsal texnologiyaların nəqliyyat sistemlərində tətbiqi, sərnişin axınının yönləndirilməsi və dispetçer idarəetməsində innovativ həllər kimi sahələr üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər İstanbul metrosunun son illərdəki inkişaf təcrübəsi və Azərbaycanın 2025-2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan Dövlət Proqramı kontekstində əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.
Nümayəndə heyəti, həmçinin Bakı metrosunun müxtəlif sahələrində əməliyyat prosesləri ilə yerində tanış olublar.
Beş müntəzəm marşrut xəttinə daha yeni...
Bir sıra şəhərlərarası müntəzəm avtobus...
“Bakı Metropoliteni” və “Metro İstanbul”...
Nəvaidən Biləsauvar və Neftçala GES-ə...
Azərbaycanda diri çəkidə ət istehsalı...