Yaponiyada tibbi imtahandan uğurla keçən süni intellekt sistemi hazırlanıb
Hökumətin Milli İnformatika İnstitutunun rəhbərlik etdiyi Yaponiyalı tədqiqatçılar “Böyük Dil Modeli” (LLM) sinifli süni intellekt sistemi yaradıblar. Sistem 700.000-dən çox lisenziyalı tibbi məqalə, məşhur tibbi internet saytlarından 16 milyon sənəd və dərsliklərdən ibarət hərtərəfli məlumat toplusundan istifadə etməklə öyrədilib. Milli tibbi lisenziya imtahanında “uğur həddini keçə” bilən sistem qlobal miqyasda hazırlanmış LLM modelləri arasında da ən yüksək ballardan birinə çatmışdır.
Bildirilib ki, universitetlər, elmi-tədqiqat institutları və özəl şirkətlər də daxil olmaqla 40-a yaxın təşkilatla birgə istehsal edilən süni intellekt sistemi ilkin müayinə nəticələrinə əsasən mümkün diaqnozları təklif edə bilər. NII layihəsi çərçivəsində yeni sistemin kliniki müalicəni dəstəkləmək və əməliyyat səmərəliliyini artırmaq üçün istifadə edilməsi planlaşdırılır.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun...
Yaponiyada tibbi imtahandan uğurla keçən...
ŞKTC Prezidenti Azərbaycan alimlərini...
Təbii zənginliyi ilə dillərə dastan...
Türkiyənin turizm gəliri artıb...