Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Fhnews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda, tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
DİN əməkdaşları hava şəraiti ilə...
Müddətli həqiqi hərbi xidmətə çağırış və...
Gecə saatlarından başlayan güclü yağış...
FHN: Su basmış yerlərdə ümumilikdə 20...
Sumqayıtda ticarət mərkəzində yanğın...