16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Taylandda Rəngarəng Sonqkran Festivalı başlayıb

14-04-2025
IMG

Cənubi Asiya ölkəsi Taylandın ən böyük bayramı olan və hər il 13-15 aprel tarixləri arasında qeyd olunan Songkran Su Festivalı rəngli görüntülərlə başlayıb. Yerli Tayland təqviminə görə yeni il kimi qeyd olunan, təmizlənməni və saflaşmanı simvolizə edən Sonqkran Su festivalının ilk günündə hər yaşdan yerli və xarici iştirakçılar paytaxt Banqkokda müxtəlif ərazilərdə qurulan şənlik meydançalarını dolduraraq bir-birlərinə su atıblar.

Taylandın baş naziri Paetongtarn Shinavatra da festival iştirakçıları arasında olub. Banqkokda keçirilən Sonqkran yürüşündən sonra Baş nazir Şinavatra vətəndaşlarla görüşüb, xatirə şəkilləri çəkdirib. Baş nazir mətbuata açıqlamasında vətəndaşlara bayram mesajını çatdırıb.

2023-cü ildə UNESCO tərəfindən “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs” siyahısına daxil edilən Sonqkran Festivalına sosial medianın da təsiri ilə maraq hər il artır. Taylandın Turizm İdarəsi builki şənliklərə 476 min xarici turistin, ümumilikdə 4,4 milyon insanın qatılacağını açıqlayıb.

Paylaş: