Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb (video, foto)
Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq, Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Birinci rübdə pensiya ödənişlərinə 1...
DİN əməkdaşları hava şəraiti ilə...
Müddətli həqiqi hərbi xidmətə çağırış və...
Gecə saatlarından başlayan güclü yağış...
FHN: Su basmış yerlərdə ümumilikdə 20...