16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Birinci rübdə pensiya ödənişlərinə 1 milyard 768 milyon manat vəsait yönəldilib

16-04-2025
IMG

Bu ilin birinci rübündə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (156 milyon manat) çox olmaqla 1 milyard 768 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Birinci rübdə 13 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 150 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 

Paylaş: