16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Beyin təkrar diqqət yayındırıcı amilləri süzgəcdən keçirməyi öyrənir - TƏDQİQAT

16-04-2025
IMG

Yeni tədqiqat göstərir ki, insan beyni zamanla narahatedici və diqqəti yayındıran vizual stimulları – məsələn, yol kənarındakı parlaq reklam lövhələri və ya internet səhifələrində yanıb-sönən bannerləri – süzgəcdən keçirməyi öyrənir. Leypsiq Universitetinin əməkdaşları elektroensefaloqrafiya (EEG) üsulu ilə beyin fəaliyyətini izləyərək vizual sistemin bu stimullara təkrar məruz qalma nəticəsində necə dəyişdiyini araşdırıblar.

Fhnews.az xəbər verir ki, nəticələr “The Journal of Neuroscience” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 24 iştirakçıya müəyyən hədəf obyektini tapmaqla bağlı tapşırıqlar yerinə yetirib. Bu prosesdə diqqəti yayındıran bir stimul – məsələn, qırmızı alma – tez-tez eyni yerdə yerləşdirilib. Məlum olub ki, zaman keçdikcə beyin həmin mövqedə yerləşən diqqət yayındırıcı stimulun vizual emalını zəiflədir, yəni onu avtomatik şəkildə “görməzliyə vurur”.

Leypsiq Universitetinin əməkdaşı Norman Forxbax bildirib: “Təcrübələrimiz göstərdi ki, beyin bu cür stimullara ilkin vizual reaksiyalarını dəyişdirmək qabiliyyətinə malikdir və bu, təcrübə vasitəsilə öyrənilir”.

Əldə edilən nəticələr göstərir ki, iştirakçılar diqqət yayındırıcı stimulun tez-tez göründüyü mövqedə hədəf obyektləri daha sürətli və dəqiq müəyyənləşdirə biliblər. Bu da sübut edir ki, beyin yalnız diqqət çəkici stimullara reaksiya vermir, həm də onlara qarşı effektiv filtrasiya strategiyası inkişaf etdirə bilir.

Tədqiqatın digər müəllifi, Dok Dunkan isə qeyd edib: “İnsanlar tanış interfeysləri və vizual strukturları tez bir zamanda tanıyır və bu tanışlıq artıq erkən vizual emalda özünü göstərir. Bu fenomen gündəlik həyatda – məsələn, eyni marşrutlarla səyahət edən sərnişinlər üçün – daha geniş şəkildə araşdırılmağa layiqdir”.

Tədqiqatçılar hesab edirlər ki, yol dizaynının və hərəkət mühitinin ardıcıl şəkildə qurulması insanların diqqətini daha yaxşı yönləndirməyə və yol təhlükəsizliyini artırmağa kömək edə bilər.

Paylaş: