19 aprel 2025, şənbə Bakı, 8°C
IMG-LOGO

Google axtarış sistemi bütün dünyada istifadəçiləri “google.com”a keçirəcək

16-04-2025
IMG

Tarixən dünyanın müxtəlif ölkələrində Google axtarış sistemi Azərbaycanda “google.az” və ya Türkiyədə “google.tr” kimi milli yüksəksəviyyəli domenlərdən istifadə edir. Bu, tezliklə dəyişəcək və Google axtarış sistemi coğrafi yerindən asılı olmayaraq dünyanın bütün istifadəçiləri üçün “google.com” saytında əlçatan olacaq.

Fhnews.az “9to5 Google”a istinadla xəbər verir ki, “Google” yerli uyğun axtarış nəticələrini təqdim etmək üçün əvvəlcə milli yüksəksəviyyəli domenlərdən istifadə edib. 2017-ci ildən etibarən şirkətin axtarış sistemi regional ünvandan və ya “google.com”dan istifadə olunmasından asılı olmayaraq müvafiq nəticələri təqdim edir. İndi isə İT nəhəngi bütün axtarış sistemləri trafikini “google.com”a yönləndirəcək ki, bu da gözlənildiyi kimi, istifadəçinin xidmətlə qarşılıqlı əlaqə prosesini sadələşdirəcək.

Qeyd olunur ki, istifadəçilər yeni URL ünvanı görəcəklər, lakin bu, heç bir şəkildə axtarış sisteminin işinə təsir etməyəcək. Bu yenilik insanların brauzerin ünvan çubuğunda gördüklərini dəyişəcək, lakin axtarış sisteminin işinə heç cür təsiri olmayacaq. Həmçinin qeyd edilir ki, bu dəyişiklik çərçivəsində istifadəçilərə axtarış parametrlərini yeniləmək təklif oluna bilər.

Axtarış sisteminin “google.com” domeninə keçirilməsi bir neçə ay çəkəcək və xidmətin bütün istifadəçiləri üçün eyni vaxtda həyata keçirilməyəcək.

Paylaş: