Əmək müqavilələrinə qanunsuz xitam verilmiş 17 nəfər əvvəlki işlərinə bərpa olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin birinci rübü ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 80 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Ödənilən vəsaitin 93 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Xidmət, həmçinin 17 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb...
FHN-in Sumqayıt Regional Mərkəzi...