FHN-in Bakı Regional Mərkəzi tərəfindən Bakı Slavyan Universitetində elmi konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə “Fövqəladə hallar zamanı əhaliyə xəbərdarlıq edilməsi” mövzusunda Bakı Slavyan Universitetində elmi konfrans keçirilib.
Konfransda Bakı şəhəri ali məktəblərinin tələbə elmi cəmiyyətlərinin fəalları, iş istiqamətləri həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı olan ali məktəblərin kafedra və fakültələrinin müəllim, professor heyəti, aspirant və tələbələri iştirak ediblər.
Elmi konfransı giriş sözü ilə açan FHN Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov konfransın əhəmiyyətini vurğulayaraq, tədbirin məqsədi barədə məlumat verib, konfransın işində iştirak edən müəllim və tələbələrə təşəkkür edib, konfransın işinə uğurlar arzulayıb.
Konfransda çıxış edən ATGTİ-nin baş katibi Fidan Həsənova təhsil müəssisələrində bu kimi tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb.
Sonra konfransda tələbələr mövzu üzrə təqdimatlarla çıxış ediblər, eləcə də Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu barədə videoçarx nümayiş olunub, konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb...
FHN-in Sumqayıt Regional Mərkəzi...
Qəbələdə aktivlərlə təmin olunmuş...
Ötən gün vətəndaşların bank kartlarından...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...