15-ci Pekin Film Festivalı başlayıb
Çində keçirilən 15-ci Pekin Beynəlxalq Film Festivalı paytaxt Pekinin şimal-şərqində yerləşən Yançi Gölü Konqres və Sərgi Mərkəzində keçirilib. Mərasimdən əvvəl keçirilən qırmızı xalça paradında aktyorlar tərəfindən unudulmaz filmlər, dünya və Çin kinosunun personajları canlandırılıb. Festivala filmləri ilə qatılan kino xadimləri və beynəlxalq qonaqlar qırmızı xalıdan keçiblər. Festivalın müsabiqə bölməsində müxtəlif ölkələrdən 17 film yarışacaq. Çinli kinorejissor və aktyor Ciang Vinin sədrlik etdiyi yeddi nəfərlik münsiflər heyəti 10 kateqoriya üzrə mükafata layiq filmləri seçəcək. "Tientan" (Səma məbədi) adlanan mükafatlar aprelin 27-də keçiriləcək mərasimdə öz sahiblərini tapacaq. Festivalda müsabiqə filmləri ilə yanaşı, kino klassikləri və məşhur istehsallar da daxil olmaqla 300-ə yaxın film tamaşaçılarla görüşəcək.
Çində “Tiangong” adlı robot Pekin...
Alimlər Kvant maqnitizminin nadir tipini...
ABŞ-da Robert Kennedinin öldürülməsi ilə...
15-ci Pekin Film Festivalı başlayıb...
"Google" delfinlərlə danışmaq üçün süni...