19 aprel 2025, şənbə Bakı, 16°C
IMG-LOGO

Yeni Zelandiyada qasırğa minlərlə evi işıqsız qoyub

17-04-2025
IMG

Yeni Zelandiyanın şimalında "Tam" siklonunun yaratdığı əlverişsiz hava şəraiti 10 minə yaxın binada elektrik enerjisinin kəsilməsinə səbəb olub.Qasırğanın səbəb olduğu güclü yağış və küləklərin davam etməsi nəticəsində bölgədə 10 minə yaxın bina işıqsız qalıb.

Rəsmilər elektrik təmirinin böyük hissəsinin görüldüyünü və işlərin başa çatdırılmasının üç günə qədər vaxt apara biləcəyini qeyd ediblər.

“Air New Zealand” ölkə daxilində bəzi reysləri ləğv edib, şimal  Oklend bölgəsində bəzi bərə xidmətləri də dayandırılıb.Bölgədə əlverişsiz hava şəraitinin davam edəcəyi gözlənilir.

Paylaş: