19 aprel 2025, şənbə Bakı, 15°C
IMG-LOGO

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hakimlər ən müasir qulaqlıqlardan istifadə edəcəklər

19-04-2025
IMG

May ayında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hakimlər yeni qulaqlıqlardan istifadə edəcəklər.

Fhnews.az xəbər verir ki, Dünya Minifutbol Federasiyası bununla bağlı “BluCom Communications” şirkəti ilə uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzalayıb.

Ən müasir qulaqlıqlar oyunlar zamanı hakimlər üçün ünsiyyətin və matçların idarə edilməsinin təkmilləşdirilməsində əsas rol oynayacaq.

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.

Paylaş: