DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, onların fasiləsiz xidməti davam edir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür. Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib.
“Bu sahədə işlər fasiləsiz olaraq davam etdirilir”,- deyə məlumatda bildirilir.
Vətən müharibəsindən sonra 493 hərbçi...
Binəqədidə saxta alkoqollu içkilər...
Azərbaycanla Qazaxıstan arasında media...
Dövlət Xidməti: Bəzi çaylarda sel və...
Ölkənin əksər rayonlarında leysan...