15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Kikboksçuların iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş xatirə turniri keçirilir

13-04-2025
IMG

Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycan Kikboksinq Federasiyasının “XTQ” İdman Klubunun Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi klublararası turnirə start verilib.

Bu barədə federasiyadan məlumat verilib.

Tədbirdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev belə turnirlərin ənənəvi olduğunu qeyd etməklə yanaşı, bugünkü Azərbaycanın idman siyasətinin əsasını Ulu Öndər Heydər Əliyevin tərəfindən qoyulduğunu vurğulayıb.

Yarışı 35 hakim və 5 baş hakim Aydın Ağabəyov, Anar Məmmədov, Rahib Əhmədov, İlham Təhməzov, Elşad Ələsgərov döyüşləri idarə edir. Yarış 2 rinq və 3 tatami ilə təşkil edilib. 650-dən çox idmançı ilə keçirilən yarışda 10 region, 49 Bakı, və Sumqayıt regional komandası iştirak edib.

Bu gün axşam yarış müxtəlif çəki dərəcələrində 30 “Qala döyüşləri” olacaq. “Qala döyüşləri”nin qaliblərinə Heydər Əliyev kuboku və fəxri mükafatlar təqdim olunacaq.

Paylaş: