Milli Kitabxanada Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin yaradıcılığına həsr edilən sərgi açılıb
Milli Kitabxanada professor Məryəm Əlizadənin anadan olmasının 75 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Məryəm Əlizadə” adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, bir həftə davam edəcək sərgidə Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin kitabları, rəy verdiyi, redaktoru olduğu və ön söz yazdığı əsərlər, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda dərc edilən məqalələri nümayiş olunur.
Məryəm Əlizadə “Teatr: seyr və sehr”, “Unudulmaz səhnə ustaları”, “Sevincin sinonimi”, “Dördüncü ölçünün rəngləri” kimi dəyərli kitabların, “XXI əsr dünya teatr prosesi və Azərbaycan milli teatr sənətinin çağdaş məqsəd və vəzifələri (Müasir teatrda ənənə və novatorluq məsələləri)”, “Müasir teatr sorağında”, “Ondan içəri...” və digər yazıların müəllifidir. O, “Qızıl Dərviş”, “Humay”, “Cəfər Cabbarlı” mükafatlarına və TÜRKSOY-un mükafatına layiq görülüb, Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub. 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Milli Kitabxanada Əməkdar incəsənət...
Antalyada mədəniyyətin birləşdirici və...
Azərbaycan Astanada II Mərkəzi Asiya...
Mədəniyyət naziri Bakıda növbəti dəfə...
Özbəkistanda Mirzə Qədim İrəvaninin...