Bakıda kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə Bakıda üçgünlük intensiv “CryptoA2Z” təlimləri keçiriləcək.
Mərkəzdən bildirilib ki, təlim proqramı kriptovalyuta və blokçeyn sahəsində biliklərini artırmaq istəyənlər, həmçinin bu sahəni yeni öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Təlimlər aprelin 25, 26 və 27-də təşkil olunacaq.
Tədris proqramında əhatə olunacaq əsas mövzular – “Kriptovalyuta nədir? Tarixi və əsas anlayışlar”, “Blokçeyn necə işləyir?” (Desentralizasiya, tranzaksiyalar və s.), “Binance ekosisteminə giriş”, “Kripto təhlükəsizliyi: Fırıldaqçılardan necə qorunmalı?”, “Memkoinlər, DeFi, NFT və Web3 haqqında ilkin məlumat”, “Öz kripto hesabınızı necə yaratmalı”, “Kriptonun real həyatda tətbiqi”, “Bu sahədə karyera imkanları və startap qurmaq” olacaq.
Proqram interaktiv formada keçiriləcək – oyunlar, viktorinalar, sual-cavab sessiyaları və iştirakçılar üçün xüsusi həvəsləndirici tapşırıqlar nəzərdə tutulub. Təlimin sonunda aktiv iştirakçılar “Binance” şirkətindən hədiyyələr, platformada depozit fürsətləri və digər sürprizlərlə mükafatlandırılacaqlar.
Tədbirin məqsədlərinə Azərbaycanda “Binance” ekosistemini tanıtmaq və genişləndirmək, eləcə də yerli dövlət qurumları ilə əməkdaşlığı gücləndirməkdir. Təlim ingilis dilində keçiriləcək. Təlimin sonunda iştirakçılara rəsmi sertifikat təqdim ediləcək.
İştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://meetup.binance.events/e/azerbaijan-education
141E nömrəli müntəzəm marşrutun hərəkət...
Nazirlik: ÜDM-in real artım tempinin...
“2026-2028-ci illər üzrə milli...
SOCAR İT sistemlərini “Hökumət buludu”na...
Cari ilin birinci rübündə yaşıl enerji...